Bakının bahalı ərazisində yerinə yetirilməyən vədlərin davası - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının bahalı ərazisində yerinə yetirilməyən vədlərin davası - Video

Hadisə

04 Oktyabr 2022 23:22 1146


Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən MTK-lardan biri ilə sakinlər arasında problem yaranıb.

Şikayətçilərin sözlərinə görə, mənzil alarkən MTK rəhbərliyi onlara bütün sakinləri yerlə təmin edəcək qaraj olacağını vəd edib. Lakin bu vəd yerinə yetirilməyib.

Sakinlər binada kommunal ödənişlərlə bağlı problemə görə liftin kart sisteminə keçirilməyindən də narazıdırlar. pizza mizza

Sakinlərin şikayəti ilə bağlı bildirilib ki, qarajlar MTK-nın şəxsi mülkiyyətindədir və həmin qarajlar Mənzil Mülkiyyətçiləri Cəmiyyəti yaradılsa belə, sakinlərin mülkiyyətinə keçmir.

“Liftlərin kartla işləməsi isə həmin binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır”, - deyə MTK-dan bildirilib.

Qeyd edək ki, çəkilişdən sonra sakinlərin lift problemi həll olunub.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!