Bakıya gətirilən taksilərlə bağlı YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Bakıya gətirilən taksilərlə bağlı YENİLİK

Sosial

05 Dekabr 2024 18:57 1341


"Bakı Taksi Xidməti" MMC və "Azərpoçt" MMC arasında əməkdaşlığa başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Əməkdaşlıq çərçivəsində "Bakı Taksi Xidməti" MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində "Azərpoçt" MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb. Toyuqlu pizza

Beləliklə, "Azərpoçt" MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.

Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4 178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!