“BakuBus“ sürücüsü 84 yaşlı piyadanı vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

“BakuBus“ sürücüsü 84 yaşlı piyadanı vurub öldürdü

Hadisə

10 Noyabr 2022 09:39 871


"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus "BMC" markalı 141 nömrəli marşurut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. pizza

Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!