Bayden: “ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək”

saytların hazırlanması

Evə çatdırılma

Bayden: “ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək”

Dünya

24 Fevral 2022 23:55 1383


ABŞ Prezidenti Cozef Bayden bildirib ki, ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Bir daha təkrar edirəm ki, bizim hərbi qüvvələrimiz Ukraynada Rusiya ilə münaqişəyə cəlb edilməyəcək. Bizim hərbi qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərq cinahdakı müttəfiqlərimizi dəstəkləmək üçün göndərilib", - Bayden telemüraciətində deyib. Sezar pizza

ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə danışmaq fikrində olmadığını bildirib.

“Mənim (Putinlə – red.) danışmaq fikrim yoxdur”, - deyə Bayden bununla bağlı sualı cavablandırıb.

Amerika rəhbəri həmçinin deyib ki, o, Almaniyaya daha çox ABŞ əsgəri göndərilməsinə icazə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!