“Bayden administrasiyası Qafqazda fəal siyasət həyata keçirəcək“   - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

“Bayden administrasiyası Qafqazda fəal siyasət həyata keçirəcək“ - Proqnoz

Siyasət

22 Yanvar 2021 16:11 768


“ABŞ prezidenti Co Baydenin növbəti dörd ildə əsas strateji xətti Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeyini zəiflətmək olacaq. Həmçinin yeni administrasiya insan hüquqları və demokratiya mövzusuna diqqət ayıraraq bu sahədə ABŞ-ın beynəlxalq rolunu artıracaq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, atılacaq addımlar bir çox ölkələrə qarşı təzyiq mexanizminin formalaşmasına gətirəcək:

“Baydenin yeni inqilablara dəstək verməsi də mümkündür. Baydenin yeni təyinatlarına fikir verdikdə görürük ki, bu komanda demokratiya, insan hüquqları, təhlükəsizlik sahəsində ABŞ-ın siyasətini Cənubi Qafqaz və Mərkəzi Asiyada həyata keçirib. Sezar pizza

Bu komanda üzvü olan Andrea Kendall-Teylor Milli Təhlükəsizlik Şurasının (MTŞ) Rusiya və Orta Asiya şöbəsinin direktoru vəzifəsinə gətirilir. O, uzun müddət Azərbaycan və Qazaxıstan üzrə işləyib.

Amanda Slout isə Qafqaz da daxil olmaqla, Avropa üzrə MTŞ direktoru olacaq. Nensi MakEldouni  vitse-prezident Kamala Harris üçün milli təhlükəsizlik məsləhətçisi olaraq namizəd göstərilib. O, ABŞ-ın Bakı və Ankaradakı səfirliklərində missiya rəhbərinin müavini vəzifəsində çalışıb. Göründüyü kimi, yeni təyinatlara fikir verdikdə ABŞ regionumuzda daha da fəal siyasət həyata keçirəcək.

Azərbaycan ABŞ əlaqələrinə gəldikdə isə ekspert vurğulayıb ki, enerji və təhlükəsizlik məsələlərində Bayden Azərbaycana ciddi dəstək verəcək:

“ABŞ-la Azərbaycan arasında ciddi problemlərin olacağı gözlənilmir. Çünki Azərbaycan Avropanın enerji diversifikasiyasında rol oynayır. Vaşinqtonun Avropa ilə əlaqələrini yenidən bərpa edəcəyi gözlənilir. TANAP və TAP layihələri həyata keçirilib. Bu da Vaşinqtonun Rusiyanın Avropaya qaz ixracını nzəərdə tutan  "Şimal axını -2"  qaz kəmərinə müəyyən dərəcədə  alternativ layihədir. 

Regionda Azərbaycan ABŞ-ın Mərkəzi Asiyaya siyasətində bir körpü olacağı şübhəsizdir. Ölkəmizlə Türkmənistan arasında yeni müqavilənin bağlanması, "LAPİS-LAZULİ" yeni nəqliyyat dəhlizinin açılması nəticəsində  bundan ABŞ-da istifadə etməsi gözlənilir. Qlobal siyasətə üstünlük verəcək C.Bayden Azərbaycanla əməkdaşlıqda maraqlı olacaq. Amma insan hüquqları və demokartiya mövzularında problemlərin olması gözlənilir. Azərbaycan hakimiyyəti Avropa İttifaqı ilə çərçivə sazişini imzalayarsa, bu sahədə islahatlara gedərsə, problemlərdən yayına biləcək.

Qarabağ siaysətinə  gəldikdə isə Məhəmməd Əsədullazadə vurğulayıb ki, Bayden burada Rusiyanın təktərəfli mövqeyini qəbul etməyəcək:

“Bu da Azərbaycanın müəyyən maraqlarına cavab verir ki, Rusiya Qarabağda öz sülhməramlı qüvvələri ilə istədiyi siyasəti apara bilməsin. Vaşinqtonun təzyiqləri Türkiyə və Azərbaycanın Moskva qarşısında mövqeyini gücləndirə bilər. Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə sıx işləməlidir. C. Baydenin erməni diasporu ilə sıx əlaqələrinə baxmayaraq, Ağ Evin oturuşmuş siyasəti Azərbaycanla əlaqələrin inkişafına önəm verir.  Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, beynəlxalq layihələrdə rolunun artması Vaşinqtonun regionda maraqlarına cavab verir. Ümumiyyətlə, ABŞ-ın Qarabağ məsələsində Azərbaycana təzyiqi olmayacaq. Amma erməni lobbisi çalışacaq ki, Kongresdə Qarabağ ermənilərinə  maliyyə yardımını bərpa etsin. Tramp bu yardımı dayandırmışdı. Həmçinin status məsələsini qabartsınlar. İqtidar bu məsələlərin qarşısını almaq üçün Ağ Evlə sıx işləməlidir. Əgər Bayden administrasiyasından məsafə saxlasaq, əlehimizə qərarların qəbul edilməsi ilə nəticələnə bilər. Unutmayaq ki, C.Bayden öz komandasına iki erməni daxil edib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!