Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

Dünya

11 Fevral 2022 09:00 810


Prezident Co Bayden Amerika vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

Yenisabah.az "NBC News"a istinadla xəbər verir ki, o deyib: "Amerika vətəndaşları getməlidir, dərhal getməlidir".

“Biz dünyanın ən böyük ordularından biri ilə qarşılaşırıq. Bu, tamamilə fərqli vəziyyətdir və hər şey çox tez dəyişə bilər”, - deyə prezident Rusiya silahlı qüvvələrinin sərhəddə cəmləşməsini xatırladıb. Toyuqlu pizza

Bayden, həmçinin, təsdiqləyib ki, heç bir halda Ukraynaya qoşun göndərməyəcək, hətta Rusiya işğalı halında amerikalıları xilas etmək üçün belə. “Bu, dünya müharibəsinə çevriləcək. Amerikalılar və ruslar bir-birlərinə atəş açmağa başlayanda biz özümüzü tamam başqa dünyada tapacağıq”, - deyə ABŞ prezidenti xəbərdarlıq edib.

Dövlət Departamenti də amerikalıları Ukraynanı tərk etməyə çağırıb. İndi Ukraynaya edilən bütün səfərlər üçün dördüncü, ən yüksək təhlükə səviyyəsi tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!