Bu gün ABŞ prezidenti Co Bayden müttəfiqləri və tərəfdaşları ilə Ukrayna ilə bağlı vəziyyəti və Rusiya Federasiyasına qarşı tədbirləri müzakirə edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident Rusiyanın Ukraynaya hücumu ilə bağlı son hadisələri müzakirə etmək, həmçinin vahid təpkimizi koordinasiya etmək üçün müttəfiqləri və tərəfdaşları ilə təhlükəsiz kommunikasiya xətti ilə danışacaq”, - sənəddə deyilir. Toyuqlu pizza
Söhbət Moskva vaxtı ilə saat 19:15-ə planlaşdırılıb və mətbuat üçün qapalı olacaq.
Ağ Ev söhbət iştirakçılarının siyahısını təqdim etməyib.
Telegram kanalımız