Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenə Ukraynaya birlikdə hərbi təlimatçılar göndərməyi təklif edib, lakin Amerika lideri bu ideyanı dəstəkləməyib.
Yenisabah.az Politico-ya istinadla xəbər verir ki, Makron bu təklifi iki lider arasında telefon danışığı zamanı səsləndirib.
"Amerika prezidenti hər hansı NATO ölkəsindən qoşunların atəş xəttində ola biləcəkləri yerə göndərilməsinin potensial nəticələri ilə bağlı narahatlığını ifadə edib", - deyə vəziyyətlə tanış olan mənbə vurğulayıb. Dördpendirli pizza
Söhbətdən sonra hər hansı qərarın verilmədiyi qeyd edilir.
Daha əvvəl bildirilmişdi ki, Makron Ukrayna hərbçilərinə təlim keçmək məqsədilə Ukraynaya hərbi personal göndərmək üçün koalisiya yaratmaq niyyətindədir.
NATO-nun baş katibi Yens Stoltenberq Fransanın niyyətlərini şərh edərkən, alyansın hələ də Ukraynaya hərbi personal göndərməyi planlaşdırmadığını təkrarlayıb.
Telegram kanalımız