Bayden ukraynalıları iranlılarla səhv saldı

saytların hazırlanması

Evə çatdırılma

Bayden ukraynalıları iranlılarla səhv saldı

Dünya

02 Mart 2022 10:13 601


ABŞ prezidenti Co Bayden martın 2-də Konqresdəki çıxışı zamanı növbəti dəfə dil sürüşməsinə yol verib.

Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, Amerika lideri Ukrayna ilə bağlı çıxışında ukraynalılarla iranlıları çaşdırıb.

"Putin Kiyevi tanklarla mühasirəyə ala bilər, lakin o, heç vaxt iranlıların ruhunu və qəlbini ala bilməyəcək", - deyə Bayden vurğulayıb. pizza

Bu, ABŞ prezidentinin son vaxtlar ilk dil sürüşməsi deyil. Fevralın əvvəlində Bayden Almaniyanın Kiyevi "işğal etdiyini" bildirib: “İcazə verin, əvvəlcə birinci suala cavab verim. Əgər Almaniya... Rusiya işğal edərsə, yəni tanklar və qoşunlar yenidən Ukrayna sərhədini keçsə, o zaman “Şimal axını 2” olmayacaq, biz buna son qoyacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!