Baydendən İsrailə xəbərdarlıq: ABŞ silah verməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Baydendən İsrailə xəbərdarlıq: ABŞ silah verməyəcək

Dünya

09 May 2024 09:54 454


ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq İsrailə açıq şəkildə xəbərdarlıq edib.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, o, əgər İsrail qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərini genişmiqyaslı işğal edərsə, ABŞ silah satışını dayandıracağını bildirib:

"Mən açıq şəkildə bildirdim ki, əgər onlar Rafaha getsələr... Mən artıq Rafahı almaq, şəhərləri almaq, oradakı problemləri həll etmək üçün istifadə edilmiş silahları təmin etməyəcəyəm". pizza mizza

Bayden İsrailin HƏMAS-ı məhv etmək üçün İsrail ordusunun yeddi aydır mübarizə apardığı Qəzza zolağında dinc sakinləri öldürmək üçün Amerika silahlarından istifadə etdiyini etiraf edib.

"Amerikanın səsi" xəbər verir ki, hazırda Qəzza Səhiyyə Nazirliyi adlandırılan qurumun məlumatına görə, İsrailin hərbi kampaniyası zamanı zolağın 34 789 sakini öldürülüb.

Bu həftə İsrail bir milyondan çox qəzzalının sığındığı Rafaha hücum edib. İsrail hökuməti aksiyanı “məhdud əməliyyat” adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!