Baydendən yeni müharibə anonsu 

saytların hazırlanması

Evə çatdırılma

Baydendən yeni müharibə anonsu 

Dünya

17 İyun 2024 10:14 395


ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağında törətdiyi qətliamların regionda yeni müharibəyə səbəb olacağını deyib. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Bayden İsrailin Livanla sərhəddə baş verən insidentinə işarə edərək, yaxın gələcəkdə “Hizbullah” və rəsmi Tel-Əviv arasında irimiqyaslı hərbi toqquşmaların ola biləcəyini istisna etməyib. O, baş verə biləcək münaqişənin qarşısını yalnız İsrail və Fələstin arasında atəşkəsin ala biləcəyini deyib.  

Qeyd edək ki, ötən həftə İsrail ordusu tərəfindən keçirilən hava hücumu zamanı Əbu Tələb adlı “Hizbullah” komandiri öldürülmüşdü. Təşkilat buna cavab olaraq, İsrailə qarşı qisas hücumlarının olacağını bildirib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!