Baydenin seçici dəstəyi azalır

saytların hazırlanması

Evə çatdırılma

Baydenin seçici dəstəyi azalır

Dünya

02 İyun 2024 15:40 604


"Reuters" və "Ipsos"un sorğusuna əsasən, ABŞ-nin hazırkı Prezidenti Co Bayden gələcək prezident seçkisində ali təhsili olmayan seçicilərin dəstəyini itirir.

2020-ci illə müqayisədə ali təhsil almayanlar arasında hazırkı dövlət başçısına dəstək 10 faiz (42 faizdən 32 faizə) azalıb. Bu kateqoriyadan olan seçicilər dörd il əvvəl ümumi seçicilərin beşdə üç hissəsini təşkil edirdi.

Ali təhsilə malik, 100 min dollar və ya daha çox gəliri olan ailələr qəti şəkildə Baydenin tərəfindədir (artım 2%, 43%-dək). Tramp üçün belə seçicilərin sayı azalıb (azalma 4%, 38%-dək). Sezar pizza

Baydenin dəstəyi illik gəliri 50 min dollardan az olan ailələr arasında 14% azalaraq 33%-ə düşüb. Eyni qrupda Trampın dəstəyi 5% artaraq 40%-ə çatıb.

Qeyd edək ki, "Reuters" və "Ipsos" 2020-ci ilin mart-may aylarında 16 mindən çox seçicinin cavablarını 2024-cü ilin eyni dövründəki 8 mindən çox seçicinin cavabları ilə müqayisə edib. Təhlil Donald Tramp barədə məhkəmə qərarından əvvəl aparılıb.

"Reuters" qeyd edir ki, ali təhsili olmayanlar arasında respublikaçıları dəstəkləyənlərin payı bir qədər artaraq 42%-dən 44%-ə yüksəlib. Çoxları hələ noyabrın 5-də keçiriləcək seçkidə nə edəcəyini bilmirlər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!