Bayramovdan sülh sazişi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bayramovdan sülh sazişi ilə bağlı açıqlama

Siyasət

15 Mart 2024 14:05 322


Azərbaycan ardıcıl olaraq siyasi iradə nümayiş etdirib və intensiv şəkildə birbaşa danışıqları dəstəkləyib, həmçinin Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını gözləyir. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə keçirilən görüşü zamanı bildirib.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan regionda sülhün bərpasına sadiq qalır. pizza mizza

Onun sözlərinə görə, son vaxtlar iki ölkə liderləri səviyyəsində, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib:

“Bu görüşlər sülh sazişinin irəliləməsi məsələsində zəmin yaradır və iki ölkənin siyasi məsələlərinə yanaşmanın sadəliyini təmin edir”.

Nazir vurğulayıb ki, Azərbaycan beynəlxalq aktorların ədalətli və qərəzsiz şəkildə birbaşa ikitərəfli danışıqları dəstəkləyəcəyinə ümid edir. /axar.az/ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!