“Behzat“ın narkokuryeri Nəsimidə həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Behzat“ın narkokuryeri Nəsimidə həbs olundu

Kriminal

12 İyun 2023 11:03 666


Nəsimi rayonunda “Behzat” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan şəxsdən 3 kiloqram heroin və tiryək götürülüb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Ələkbərov saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı əlindəki çantadan ümumilikdə 3 kiloqram yüksək təsiredici narkotik vasitələr hesab edilən heroin və tiryək aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Elnur Ələkbərov şəxsiyyəti istintaqla araşdırılan “Behzat” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul edib. Dördpendirli pizza

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Ələkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!