Belarus da Ukraynaya hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Belarus da Ukraynaya hücum etdi

Dünya

01 Mart 2022 14:33 2855


Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub.

Yenisabah.az “Unian”a istinadən xəbər verir ki, Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatına görə, faktı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.

"Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub", - onun mesajında deyilir. Marqarita pizza

Mixaylo-Kotsyubinski kəndinin yerli sakinlərinin dediyinə görə, saat 11:30-da 33 maşından ibarət Belarus kolonu Ukraynaya daxil olub ki, onlardan 11-i "Qrad"dır.

Daha əvvəl Müdafiə Strategiyaları Mərkəzi məlumat vermişdi ki, Belarus Respublikası Silahlı Qüvvələrinin Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı qərar verəcəyi ehtimalı çox yüksəkdir.

Xatırladaq ki, fevralın 24-də Rusiya  Ukraynada müharibəyə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!