Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.
Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
“Biz hamımız görürük ki, bu gün Ermənistanda daxili siyasi vəziyyət nə qədər sürətlə inkişaf edir. Başa düşmürəm, Belarusun bununla nə əlaqəsi var? - deyə XİN-in mətbuat katibi qeyd edib. Toyuqlu pizza
Qlazın sözlərinə görə, Ermənistan səfirliyinin nümayəndəsi bu məsələyə aydınlıq gətirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb.
Anatoli Qlaz vurğulayıb: “Əgər Ermənistanda kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, çox uzaqgörməyən mövqedir”.
O bəyan edib ki, ölkə Ermənistanla münasibətləri pisləşdirmək fikrində deyil.
“Anlamaq lazımdır ki, bizim Ermənistanla çoxdankı yaxın, mehriban münasibətlərimiz və ümumi tariximiz var, bu gün də qarşılıqlı faydalı ticarət, eləcə də sıx işgüzar əlaqələr, nə qədər olursa olsun, biz bu münasibətləri pisləşdirməyə hazırlaşmırıq Ermənistan rəhbərliyini buna xarici oyunçular sövq edir. Biz heç vaxt dostlarımıza zərər verəcək bir iş görməmişik, daxili işlərə qarışmırıq, erməni xalqına hörmət edirik və onlara ölkənin gələcəyini və xalqın rifahını həqiqətən düşünən liderlər olmasını səmimi qəlbdən arzulayırıq”.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkənin Minskdəki səfirinin məsləhətləşmələr üçün İrəvana geri çağırıldığını bildirib.
Telegram kanalımız