Belçika parlamentində Qarabağ müzakirəsi

saytların hazırlanması

Evə çatdırılma

Belçika parlamentində Qarabağ müzakirəsi

Siyasət

09 Fevral 2021 23:57 895


Belçika Krallığının Flandriya Regional Parlamentinin Xarici Əlaqələr, Avropa Məsələləri, Beynəlxalq Əməkdaşlıq və Turizm Komitəsinin üzvləri ikinci Qarabağ müharibəsinə dair müzakirələr keçiriblər.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov müzakirələrdə iştirak edib.

Səfir komitə iclası zamanı ikinci Qarabağ müharibəsinin gedişatı, səbəb və nəticələrinə dair ətraflı məlumat verib və parlament üzvlərini mövcud vəziyyətlə tanış edib. pizza mizza

Diplomat Avropa İttifaqının (Aİ) Azərbaycanla əsas iqtisadi tərəfdaşlığını nəzərə alaraq, birliyə üzv dövlətlər tərəfindən münasibətlərin daha da inkişafı üçün siyasi təkan verilməsinin vacibliyini vurğulayıb.

Fuad İsgəndərov daha sonra komitə üzvlərinin çoxsaylı suallarını cavablandırıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!