Bəşər Əsədin müşaviri qəza nəticəsində öldü

saytların hazırlanması

Evə çatdırılma

Bəşər Əsədin müşaviri qəza nəticəsində öldü

Dünya

06 İyul 2024 01:27 655


Suriya Prezidentinin müşaviri Luna əş-Şibl Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yerləşdirildiyi xəstəxanada ölüb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Qeyd edək ki, qəza iyulun 2-də baş verib. Belə ki, əş-Şiblin olduğu avtomobil yoldan çıxaraq qəzaya düşüb. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Sezar pizza

1975-ci il təvəllüdlü, ixtisasca jurnalist olan Şibl 2020-ci ildə Bəşər Əsədin müşaviri təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!