Bəxtiyar Hacıyevə əlavə ittiham verildi 

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi 

Kriminal

07 Noyabr 2023 14:50 1309


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə əlavə ittiham verilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. 

Vəkil bildirib ki, B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə yeni ittiham irəli sürülüb.  Sezar pizza

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Daha əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!