Bəxtiyar Hacıyevə əlavə ittihamlar verildi

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyevə əlavə ittihamlar verildi

Kriminal

16 İyun 2023 17:37 1027


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı əlavə ittihamlar irəli sürülüb.

Yenisabah.az Qafqazinfo-ya xəbər verir ki, həmin ittihamlar Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 206-cı (qaçaqmalçılıq) maddələrindən ibarətdir.

B.Hacıyev ötən ilin dekabrın 9-da həbs edilib. O, ilk olaraq CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunub. Dördpendirli pizza

İctimai fəalın həbs müddəti iyunun 28-dək uzadılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!