Beyləqanda əmək yarmarkası keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda əmək yarmarkası keçirildi - Fotolar

Sosial

28 Noyabr 2024 17:00 436


Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində əmək yarmarkası keçirilib.

Yenisabah.az xəbər verir ki, yarmarkada Beyləqan RİH başçısı Əziz Əzizov, Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədli də iştirak edib.

Tədbirdə çıxış edən rayon rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə dövlət proqramlarının həyata keçirilməsindən danışıb. Bunun nəticəsində işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edildiyi vurğulanıb. Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib.   Marqarita pizza

Əmək yarmarkasında 20 müəssisə üzrə 150 vakansiya təqdim olunub. Tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar.

Əmək yarmarkasında, həmçinin Qarabağ bölgəsində olan vakansiyalar, “Karyerra Planlaması” xidməti, peşə hazırlıq kursları barədə məlumat əldə ediblər.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!