Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Yenisabah.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkət edən və içərisində magistral qaz kəmərinin çəkilişində iştirak edən işçilərin olduğu "BMW" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub. Marqarita pizza
Qəza nəticəsində "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhübbə oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu hadisə yerində ölüb. 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlardan artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edir.
Hadisəyə ilkin səbəb kimi minik avtomobilinin qəfil dönməsi bildirilir.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız