Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək 

saytların hazırlanması

Evə çatdırılma

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək 

Dünya

17 İyun 2024 18:23 335


"Microsoft"un qurucusu Bill Qeyts Çinə görə nüvə enerjisinə milyardlarla dollar sərmayə qoymaq arzusunda olduğunu deyib. 

Yenisabah.az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət Vayominqdə nüvə elektrik stansiyası (AES) layihəsindən gedir. Layihə Qeytsin "TerraPower" şirkəti tərəfindən həyata keçirilir. 

"Mən bir milyarddan çox sərmayə qoymuşam və daha milyardlarla sərmayə qoyacağam", - deyə iş adamı bildirib.  Marqarita pizza

Qeyd edək ki, layihə reaktorun su əvəzinə natriumla soyudulmasından istifadəni nəzərdə tutur. Bu, təhlükəsizliyi artırmalı və enerji istehsalının dəyərini azaltmalıdır. Stansiyanın 2030-cu ildə istismara veriləcəyi gözlənilir.

Qeyts vurğulayıb ki, layihə ABŞ-yə mümkün qədər çox nüvə enerjisini cəmləşdirməyə imkan verəcək və digər ölkələri, məsələn, Çini yeni nüvə silahı yaratmaq imkanından məhrum edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!