“Bilmirik hara, kimə müraciət edək…” - Arif Qulyevin həyat yoldaşı

saytların hazırlanması

Evə çatdırılma

“Bilmirik hara, kimə müraciət edək…” - Arif Qulyevin həyat yoldaşı

Şou

02 Dekabr 2022 19:59 5079


“Çox istəyirik ki, Arifin adı əbədiləşdirilsin. Bununla bağlı bilmirik hara, kimə müraciət edək…”

Yenisabah.az xəbər verir ki, bunu mərhum Xalq artisti, tanınmış aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva deyib.

O, həyat yoldaşının yaşadığı binanın söküldüyünü və buna görə Arif Quliyevin yaşadığı binaya onun adının verilməsinin mümkünsüz olduğunu bildirib: Sezar pizza

“Ailəlikcə arzumuz bu idi ki, Arifin barelyefi uzun illər yaşadığı binaya vurulsun və adı əbədiləşdirilsin. Bununla bağlı əlaqədar qurumlara da müraciət etmişdik. Amma bizim yaşadığımız bina sökülür. Bizə də cavab verildi ki, bina söküldüyü üçün bu, mümkünsüzdür. Buna görə də istəyirik heç olmasa, Arifin adı hansısa bir küçəyə verilsin. Fərq etməz hansı küçə, təki adı əbədiləşdirilsin. Amma bilmirik bunun üçün hansı quruma müraciət edək. Arif Quliyevlə bağlı başqa bir istəyimiz yoxdur, çünki dövlətimiz sağ olsun, hər şey edib. Bir tək istəyimiz onun adının əbədiləşdirilməsidir”./Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!