Binədə sakinlərdən odlu silahlar götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Binədə sakinlərdən odlu silahlar götürüldü

Kriminal

04 Noyabr 2023 17:01 1332


Binə qəsəbəsində xeyli-silah-sursat aşkar edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.

Bundan başqa, həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronu polis şöbəsinə gətirib. Sezar pizza

Son günlərdə Xəzər rayonunda keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.

Araşdırmalar davam etdirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!