Blinken və Lavrov Avropada görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Blinken və Lavrov Avropada görüşəcək

Dünya

18 Fevral 2022 10:17 508


Dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş dəvətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat yayıb.

Onun sözlərinə görə, Blinken Lavrovla görüşü təklif edib, Rusiya isə gələn həftənin sonu üçün tarixi müəyyənləşdirib. Dördpendirli pizza

"Rusiyanın Ukraynaya növbəti müdaxiləsi olmamaq şərti ilə görüş Avropada baş tutacaq. Əgər onlar yaxın günlərdə işğal etsələr, diplomatiyanı heç vaxt ciddi qəbul etmədikləri aydın olacaq”, - deyə o əlavə edib.

Bundan əvvəl Blinken BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Lavrovdan gələn həftə Avropada görüşməyi xahiş etdiyini bildirmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!