“Bolmart” təşəbbüsü dəstəklədi: “Johnson&Johnson” məhsullarını satışdan çıxarıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Bolmart” təşəbbüsü dəstəklədi: “Johnson&Johnson” məhsullarını satışdan çıxarıldı - Foto

Sosial

01 Noyabr 2020 17:37 1509


Azərbaycanın artıq üçüncü market şəbəkəsi mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkətinin məhsullarını satılmasından imtina edib. 

“Bolmart” supermarketlər şəbəkəsi “RAHAT” supermarketlər şəbəkəsi və “Grandmart” mağazalar şəbəkəsinin  təşəbbüsünü dəstəkləyərək bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

Yenisabah.az xəbər verir ki, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.  Dördpendirli pizza

Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “Bolmart” supermarketlər şəbəkəsində satılmayacaq.    

Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!