Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir 

saytların hazırlanması

Evə çatdırılma

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir 

Dünya

09 İyun 2024 11:50 343


Bolqarıstanda 50-ci Xalq Məclisinə (birpalatalı parlament) növbədənkənar seçkilər və Avropa Parlamentinə seçkilər başlayıb. 

Yenisabah.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb, 60 xarici ölkədə isə 769 seçki məntəqəsi fəaliyyət göstərəcək. 

Seçkilərə 20 partiya və 11 koalisiya qatılıb. Parlamentdə 240 deputat mandatı uğrunda 6100 namizəd, Avropa Parlamentində 17 mandatı uğrunda isə 418 namizəd mübarizə aparır.  Marqarita pizza

Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da seçki məntəqələri bağlanan zaman məlum olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!