Boris Conson: “Britaniya 1000 hərbçisini hazır vəziyyətə gətirib“

saytların hazırlanması

Evə çatdırılma

Boris Conson: “Britaniya 1000 hərbçisini hazır vəziyyətə gətirib“

Dünya

10 Fevral 2022 17:29 848


“Böyük Britaniya humanitar böhrana cavab vermək və Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə yardım göstərmək üçün 1000 hərbçisini hazır vəziyyətə gətirib”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson deyib.

“Hərbi əməliyyatlara hazırlıq gedir. İqtisadi sanksiyalar hazırlanır. Amma biz Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıyıq”, - o qeyd edib. pizza

B.Conson həmçinin hazırkı durumu təhlükəli hesab etdiyini söyləyib: "Çünki son onilliklərdə Avropada belə böhran yaşanmayıb".

Qeyd edək ki, B.Conson bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Müzakirədən sonra tərəflər birgə brifinq keçiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!