Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə rəsmi əlaqələri istisna edir. Aİ Şurasına sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfəri zamanı Aİ-ni təmsil etmək hüququ yoxdur.
Yenisabah.az xəbər verir ki, bunu Aİ-nin diplomatik nümayəndəsi Josep Borrell bildirib.
Onun sölərinə görə, bu səfər yalnız ikitərəfli münasibətlər çərçivəsində baş tutub. pizza mizza
"Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün heç bir mandat almayıb", - deyə Borrell yazıb.
O vurğulayıb ki, Aİ-nin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı mövqeyi Aİ ilə Putin arasında rəsmi təmasları istisna edir:
“Macarıstanın baş nazirinin Rusiyaya səfəri müstəsna olaraq Rusiya Federasiyası ilə Macarıstan arasında ikitərəfli münasibətlər çərçivəsində həyata keçirilir”.
Telegram kanalımız