Avropa İttifaqının qapıları Gürcüstana açıqdır, lakin Gürcüstan hökuməti eyni yola davam edərsə, bu qapı bağlanacaq.
Yenisabah.az SOVA-ya istinadla xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
“Biz Gürcüstandakı vəziyyəti müzakirə edəcəyik. Bir şey aydındır: Aİ-nin qapısı Gürcüstan üçün açıqdır, amma hökumət eyni yola davam etsə, eyni hərəkətləri davam etdirsə, bu qapı bağlanacaq və gürcü xalqı bunun əvəzini ödəyəcək, çünki Avropa perspektivi azalacaq, yaxud bəlkə də tamamilə ləğv ediləcək. Biz ciddi problemdən danışırıq. Belə davam edərsə, Aİ-nin qapıları açılmayacaq”, - deyə Borrell vurğulayıb. Dördpendirli pizza
Ali komissar əlavə edib: “Bu gün heç bir qərar verilməyəcək, lakin qısa müddətdə tədbirlər görülə bilər. Biz bu tədbirlərin vətəndaşlara təsir etməsini istəmirik”.
Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun - “Xarici təsirin şəffaflığı haqqında” 2024-cü il iyunun 4-də qüvvəyə minib. 60 gündən sonra (4-5 sentyabr) əhəmiyyətli xaricdən maliyyə vəsaiti olan bütün təşkilatlar xüsusi portalda qeydiyyatdan keçməli olacaqlar.
Telegram kanalımız