Borrell: “Rusiyaya qarşı təcili sanksiyalar hazırlanır“

saytların hazırlanması

Evə çatdırılma

Borrell: “Rusiyaya qarşı təcili sanksiyalar hazırlanır“

Dünya

22 Fevral 2022 12:42 2366


Avropa İttifaqı artıq "DXR" və "LPR"-nin tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qərarın mətnini hazırlamağa başlayıb".

Yenisabah.az xəbər verir ki, bunu Aİ rəsmisi Josep Borrell bildirib.

Onun sözlərinə görə, bu qərar yekdilliklə qəbul edilməlidir: pizza sifarişi

"Əminəm ki, belə də olacaq. Bu gün səhər saatlarında mətn üzərində işlərə başlanılıb. Günün ikinci yarısında Şura sanksiyalarla bağlı qərar verəcək. Bu o demək deyil ki, biz bütün qərarları bu gün qəbul edəcəyik. bu, yalnız təcili cavabdır”, - deyə Avropa Komissiyasının saytında yayımlanan məlumatda Borrell bildirib.

Borrell vurğulayıb ki, sanksiyaların xarakterini Aİ nazirləri müəyyən edəcək:

“Bu sanksiyaların əhatə dairəsi mənim təkliflərim əsasında nazirlər tərəfindən müzakirə olunacaq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!