Xalq artisti Röya Ayxan "Bakı Konqres Mərkəzi"ndə canlı solo konsertdə tamaşaçıları ilə səmimi ünsiyyətlə diqqəti özünə çəkdirib.
Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, başına qara fata və eyni rəngdə tüldən biçilən iri həcmli "gəlin paltarı"na bənzəyən libasda səhnəni coşduran Röya keçmiş əri Anar Cəlilovdan söz açıb:
"Bunları taxıb, geyindimsə? Bildiniz yəni... Bir dəfə ağ geyindim, mənə düşmədi. Bu səfər isə qara geyinmək istəyirəm. Bəlkə, məni apardılar. Xalqın qızları var, orası var, burası yoxdur. Orada-burada şeyxlə evlənirlər. Bir "biznesmen" tapıb, ona ərə getdim, onun da evini yıxdılar. "Qır-qızıl" qalmadı satım verim, qutarım özümü. Güclə... Sezar pizza
Yeganə adamam ki, döyülməmiş boşanmışam. Bax bunu sizə deyirəm. Ona görə yaşadığıma şükür edirəm. Yeganə adamam ki, söz eşitmədən boşanmışam. Boşanma kağızına yazmışam ki, salamat qal. Özümə yox, amma ona güvənirdim".
Telegram kanalımız