Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirliyin xidmət rəisi Hikmət Əlizadə bildirib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb. Pepperoni pizza
“Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.
Telegram kanalımız