Böyük Britaniyada fevralın 24-dən etibarən koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlər qaldırılır.
“Yeni Sabah” xəbər verir ki, bütün məhdudiyyətlərin qaldırılacağını açıqlayan Baş nazir Boris Conson aprelin 1-dən pulsuz sürətli antigen testinin ləğv ediləcəyini və əhalinin yalnız müəyyən təbəqələrinə bu fürsətin təqdim ediləcəyini bildirib.
Yaşlılar və risk qrupunda olanlar üçün pulsuz testlər davam etdiriləcək. Dördpendirli pizza
Fevralın 24-dən etibarən testi müsbət olan şəxslərin karantində qalmasına və peyvənd olunmuş şəxslərin test verməsinə ehtiyac olmayacaq.
Aprelin 1-dən etibarən simptomları olan və olmayan insanlar üçün pulsuz sürətli antigen testi xidməti başa çatacaq./Azərtac
Telegram kanalımız