Britni Spirs “Instagram” hesabını sildi

saytların hazırlanması

Evə çatdırılma

Britni Spirs “Instagram” hesabını sildi

Şou

21 Noyabr 2022 08:04 859


Amerikalı pop müğənni Britni Spirs “Instagram” hesabını silib.

40 yaşlı müğənni atası Ceymi Spirsin himayəsində olarkən onu öldürməyə cəhd etdiyi barədə açıqlama verdikdən bir həftə sonra sosial şəbəkədən yoxa çıxıb.

B.Spirs hesabını özü silib, yoxsa şəbəkənin sahibi olan şirkət tərəfindən bloklanıb - bu barədə məlumat verilmir. Lakin müğənninin 41,7 milyon abunəçisi olan şəxsi bloqunun linki açılmır və xəta mesajı verir. Sezar pizza

Qeyd edək ki, ötən həftə B.Spirs şəxsi bloqunda səmimi yazı yazaraq abunəçilərə atasının onu öldürmək istədiyini bildirib.

“Yəni mənə elə gəldi ki, atam məni öldürmək istəyir. Bu barədə bir neçə dəfə danışdım, onun etdiklərinə dair sübutlarım, şahidlərim var. Mənə dəyər versəydilər, atamı iki saniyəyə həbs edərdilər”, - müğənni deyib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!