Bu binaların təmirinə 1 milyon manata yaxın xərclənəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu binaların təmirinə 1 milyon manata yaxın xərclənəcək

Sosial

21 Noyabr 2024 15:55 641


Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərinin giriş hissəsindən Yaşma yaşayış massivinədək və Ceyranbatan qəsəbəsinin son hissəsindən başlayaraq Sumqayıt şəhərinin girişinə qədər olan ərazisində yaşayış binalarının fasadları əsaslı təmir olunacaq.

Yenisabah.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, Sumqayıt şəhərinin giriş hissəsindən Yaşma yaşayış massivinədək yerləşən yaşayış binalarının fasadlarının əsaslı təmiri işlərini SAFARİ MMC həyata keçirəcək. Sözügedən işlərin icrası üçün artıq qurumla şirkət arasında 809.999,86 AZN (809 min 999 manat 86 qəpik) dəyərində müqavilə bağlanılıb. Toyuqlu pizza

Qurum Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsinin son hissəsindən başlayaraq Sumqayıt şəhərinin girişinə qədər olan ərazisində yerləşən yaşayış binalarının fasadlarının əsaslı təmiri işlərini isə M-House Construction MMC-yə həvalə edib. Bunun üçün qurum sözügedən şirkətə 99.997,73 AZN (99 min 997 manat 73 qəpik) ödəyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!