Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində qətlə yetirilən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni imiş.
Yenisabah.az xəbər verir ki, mərhumun xalası Məxluqə Cəfərova bu faktı təsdiqləyib.
O bildirib ki, bu gün səhər saatlarında bacısı qızı ona zəng edib: Marqarita pizza
“Səbinə səhər tezdən zəng edib dedi ki, ögey qardaşı gəlib binanın qarşısında məni gözləyir. Dedik ki, çıxma, polisə zəng elə.
Səbinə daha əvvəl də dəfələrlə polisə müraciət etmişdi, ögey qardaşı ilə arasında münaqişə vardı.
Səbinə bizə qulaq asmadan qapıdan çıxıb. Mən gələnə kimi gördüm ki, Səbinə qışqırdı. Çatanda artıq Səbinə can verirdi”.
Telegram kanalımız