Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.
Yenisabah.az xəbər verir ki, imtahan kompüterlər vasitəsilə keçiriləcək.
Prosesdə 378 nəfərin iştirakı nəzərdə tutulur. İNəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək. pizza
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılırlar.
Telegram kanalımız