“Bu hücumun gətirəcəyi ölümə görə yalnız Rusiya məsuliyyət daşıyır”

saytların hazırlanması

Evə çatdırılma

“Bu hücumun gətirəcəyi ölümə görə yalnız Rusiya məsuliyyət daşıyır”

Dünya

24 Fevral 2022 08:57 699


ABŞ prezidenti Co Bayden Amerika xalqına müraciət edərək, Ukraynaya qarşı iddia edilən təcavüzkar hərəkətləri ilə əlaqədar Rusiyaya qarşı növbəti addımlarını elan edəcəyini bildirib.

“Sabah səhər mən G7-dəki (Böyük Yeddilik) həmkarlarımla görüşəcəyəm, bundan sonra Amerika xalqına müraciət edərək, Rusiyanın Ukraynaya, beynəlxalq sülh və təhlükəsizliyə qarşı bu lazımsız təcavüz aktına görə, ABŞ-ın, eləcə də müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyaya tətbiq edəcəyi növbəti nəticələri elan edəcəyəm”, - deyə Bayden Rusiya prezidenti Vladimir Putinin Donbassda hərbi əməliyyata başladığını elan etməsindən sonra Ağ Ev tərəfindən yayılan bəyanatda bildirib.

ABŞ prezidenti əlavə edib ki, “Dünya Rusiyadan hesabat verməyini istəyəcək”. Dominos pizza

Bayden Ukraynanın Rusiyanın “təxribatsız və əsassız” hücumuna məruz qaldığını və münaqişənin özü ilə gətirdiyi ölüm və dağıntılara görə yalnız Rusiyanın məsuliyyət daşıdığını deyib. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!