“Bu kənd uğrunda şiddətli döyüşlər gedib” – İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Bu kənd uğrunda şiddətli döyüşlər gedib” – İlham Əliyev

Siyasət

15 Yanvar 2021 13:14 1159


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan Şuşa şəhərinə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, videogörüntülərdə sükan arxasında oturan dövlət başçısı deyir:

"İndi isə Füzulidən Xocavənd rayonuna gedirik.Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır. Gözəl vüqarlı dağlar, dağların başında qar. Gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi isə Füzuli şəhərinə bitişik olan kənddir və Füzuli şəhəri azad olunanda Şəkərcik kəndi uğrunda da şiddətli döyüşlər gedib", - prezident bildirib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!