Bu ölkə rus arağına qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə rus arağına qadağa qoydu

Dünya

26 Fevral 2022 08:44 4079


Dünya dövlətlərinin Rusiyaya qarşı sanksiyaları davam etməkdədir.

“Yeni Sabah” xəbər verir ki, Kanada bununla bağlı maraqlı qadağa tətbiq edib.

Ölkənin baş naziri Castin Trüdo bildirib ki, onun ölkəsi də bu sanksiyalara qoşulur. Belə ki, bu gündən Kanadada rus arağı və Rusiyada istehsal olunmuş bütün başqa alkoqollu içkilərin satışı qadağan olunur. Sezar pizza

Bildirək ki, ABŞ Maliyyə Nazirliyi fevralın 25-də Rusiyaya qarşı yeni sanksiya siyahısını dərc edib. Bu siyahıya Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, habelə Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimovun adları salınıb.

Britaniyanın baş naziri Boris Conson NATO liderlərinin fevralın 25-də keçirilən virtual sammitində deyib ki, London da Putin, Lavrov və Rusiya rəhbərliyində olan başqa şəxslərə sanksiya qoyur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!