Sentyabrın 27-dən başlayan müharibə ard-arda əldə olunan zəfərlərlə yadda qalır. Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar, xüsusilə Cəbrayılın işğaldan azad olunması cəmiyyəti qələbə ovqatına kökləyib. Müsbət assosasiya gündəlik həyatımıza da sirayət edib.
Yenisabah.az-a mövzu ilə əlaqəli danışan Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü İlahə Dəmirbəy də bu qənaəti bölüşüb. Qeyd edib ki, insanların unutqan olmasıyla bağlı iradlarla razılaşmır:
"Əgər bir insan patoloji unutqanlıq yaşamırsa, deməli onun yaşadıqları, aldığı travma sadəcə alt şüurunda qalıb və nə qədər kənardan sakit, durumu qəbullanmış görünsə də hər zaman bu problemi çözmək düşüncəsi olur. Necə ki, 30 il səbr edib bu günləri gözləyən xalqımız kimi. Qələbə heç vaxt asan olmur və qələbə qazanmaq istəyən bir insan yaşanacaq olan hadisələrə, itkilərə göz yummalıdır ələlxüsus da bu qələbə əgər millət olaraq milli-mənəvi dəyərlərini qorumaq və eyni zamanda tapdanmış haqlarını geri qaytarmağa xidməte dirsə. Yəni bu dediklərimi birləşdirsək, xalqımız bu qələbəni daim gözləyirdi və Cəbrayılın işğaldan azad olmağı insanlarda ümid, cəsarət və qürur hisslərini cəmləşdirdi. Qələbənin insana sadəcə müsbət psixoloji təsiri ola bilər və insanda daha da irəli getmə arzusu formalaşdırır. Amma bu gün insanlarımızdan dönə-dönə rica etmək istərdim ki, hisslərimizə qapılıb ordumuza zərər verməyək, məlumatlar və bilgiləri paylaşaraq bilmədən, istəmədən zərər verə bilərik. Təbii ki, insan kədərli olduqda bölüşmək istəmədiyi kimi, sevincli olduqda bunu paylaşmaq istəyir, bu psixoloji haldır, amma düşünürəm ki, biz hisslərimizi kontrol altına ala bilərik və peşəmizdən asılı olmayaraq bu gün hər birimiz arxa cəbhədə olan bir əsgərik, bunu unutmayaq!” Toyuqlu pizza
Əsmətxanım
Telegram kanalımız