Bu şəxslər Azərbaycandan Türkiyəyə şəxsi avtomobilləri ilə gedə bilərlər - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər Azərbaycandan Türkiyəyə şəxsi avtomobilləri ilə gedə bilərlər - RƏSMİ

Sosial

28 Noyabr 2024 19:13 1728


Əhalini Sədərəkdən Türkiyə ilə keçid məntəqəsinə rahat gedib-gəlməsi üçün avtobusla təmin etmişik.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rahid Ələkbərli deyib.

Nazir vurğulayıb ki, Naxçıvanda əhalinin güzəranının yaxşılaşdırılması və Türkiyəyə çıxışının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşların Türkiyəyə quru yolla keçidi təmin olunur. pizza

"Türkiyəyə avtobus xətləri olmasa da, insanlar öz şəxsi avtomobilləri ilə Türkiyəyə gedib-gələ bilirlər. Lakin Sədərək rayonundan Türkiyə ilə keçid məntəqəsinə gedib-gəlməsi üçün əhalini avtobusla təmin etmişik", - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!