Bu şəxslərə GÜZƏŞT: Maaşlarının 400 manatı...

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə GÜZƏŞT: Maaşlarının 400 manatı...

Sosial

02 Dekabr 2024 19:46 5160


Vergi Məcəlləsinə əsasən müharibə veteranlarının əməkhaqqısına əlavə vergi güzəşti var.

Onların hər hansı müzdlu işdən əldə etdiyi gəlirin 400 manatı vergidən azaddır. Bundan başqa, Vergi Məcəlləsinə görə bütün fiziki şəxslərin gəliri 2500 manata qədər olduqda onun 200 manatı vergidən azad olunur. Bir sözlə, müharibə veteranı olan şəxslərə bu güzəştlərin hər ikisi şamil olunur. Maraqlı məqam odur ki, 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz özəl sektorda çalışanların 8000 manata qədər olan əməkhaqları ümumiyyətlə vergidən azaddır.

Məsələ ilə bağlı ekspert Nüsrət Xəlilov bildirib ki, özəl müəssisələrdə çalışan işçilərdə gəlir vergisi 8000 manata qədər olduqda 0 faiz dərəcəsi ilə, 8000 manatdan yuxarı olduqda isə yuxarı olan məbləğin 14 faiz məbləğində gəlir vergisi tutulur. Sezar pizza

"Dövlət müəssisələrində çalışan işçilərdə isə əməkhaqqı 2500 manata qədər olduqda 14 faiz, 2500 manatdan yuxarı olduqda isə 350 manat gəlir vergisi tutulur. Yəni müharibə veteranları əgər dövlət müəssisəsində çalışarsa, onlar üçün nəzərdə tutulan bu güzəştləri hiss edirlər"./Referans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!