Bu sürücülərin NƏZƏRİNƏ -   150 manat cərimə

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülərin NƏZƏRİNƏ - 150 manat cərimə

Sosial

10 Dekabr 2024 13:02 319


Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.

Yenisabah.az  "Report"a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddə Milli Məclisin dekabrın 10-da keçirilən iclasında müzakirəyə çıxarılıb.

Maddəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir. Pepperoni pizza

Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə edilir.

Layihə səs qoyularaq birinci oxunuşda qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!