"Düz 31 il bundan öncə əli yalın tankların qabağına çıxanlarla, sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlərdə Şuşamızı azad edənlər eyni ruhun daşıyıcılarıdı. Haylar da, havadarları da hələ 31 il bundan öncə anlamalıydılar ki, bu xalqı sındıra, torpaqlarını işğal altında saxlaya, ona Qarabağsızlığı həzm etdirə bilməyəcəklər. Bilmədilər də!".
Yenisabah.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev sosial şəbəkə hesabında yazıb.
Şəhidlərin ruhu qarşısında baş əydiyini qeyd edən deputat vurğulayıb ki, Azərbaycan heç vaxt indiki kimi güclü, mənən bütöv olmadığı kimi, şəhidlərimizin də ruhu heç vaxt indiki qədər şad olmayıb. Marqarita pizza
Telegram kanalımız