“Bu, yalnız Azərbaycanın iştirakı ilə mümkündür” 

saytların hazırlanması

Evə çatdırılma

“Bu, yalnız Azərbaycanın iştirakı ilə mümkündür” 

Siyasət

11 Fevral 2021 17:04 826


“Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Diqqəti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi olaraq Bakıda keçirilən görüşlərinin növbəti 7-ci toplantısına yönəldən V. Rəhimzadə qeyd edib ki, bu layihə çoxtərəfli əməkdaşlığın başlanğıcıdır: “2014-cü ildə bu layihənin təməli qoyuldu. Layihə uğurla, vaxtında icra edilərək 2018-ci ildə rəsmi açılışı oldu. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı əhatə edən layihəyə start verib, onun təşəbbüskarı olub”. 

Baş redaktor bildirib ki, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, iyun ayında onun əsas tərkib  hissələrindən biri olan TANAP-ın istifadəyə verilməsi dünyanın enerji xəritəsinin yenidən tərtib edilməsi istiqamətində Azərbaycanın təşəbbüslərinin dəstəklənməsidir: “Bu layihə əməkdaşlıq və qarşılıqlı etimadın uğurudur. Ümumilikdə, Cənub Qaz Dəhlizinin  icrası  Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına geniş imkanlar açacaq. pizza hut

7-ci toplantı xüsusi diqqətçəkəndir. Artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin də icrası başa çatıb, bu layihənin perspektivləri, qarşıdakı dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılır. Uğurlarımız  fonunda bu həqiqət də etiraf edilir ki, dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrin, beynəlxalq tədbirlərin reallaşması  yalnız ən etibarlı və  əsas tərəfdaş olan Azərbaycanın iştirakı ilə mümkündür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!