“Büdcəmiz Səməd Seyidovun 1 aylıq maaşından azdır“   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

“Büdcəmiz Səməd Seyidovun 1 aylıq maaşından azdır“ - Cavab

Siyasət

01 Fevral 2021 12:26 1142


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında “Avropa Şurasına üzv ölkələrdə QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlər” adlı məruzə ilə çıxış edib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanda QHT-lərə yaradılan şəraitdən və verilən dəstəkdən danışan S.Seyidov bildirib ki, QHT-lərin demokratiyanın bir hissəsi olduğu fikri ilə razılaşsa da, demokratiyanı məsuliyyətsiz təsəvvür etməyin mümkün olmadığını deyib: “Təəssüf ki, bəzən bəzi QHT-lərin məsuliyyətsiz olduğunu görürük. QHT-lərin fəaliyyəti daha şəffaf olmalıdır. Əgər həqiqətən QHT-lərə əsl dəstəkdən, demokratiyadan danışırıqsa, yardım etmək istəyiriksə, onda yeni mühit yaratmalıyıq. Məsuliyyətli QHT-lər yaratmaq lazımdır ki, insanlarda onların fəaliyyətinə etimad yaransın”.

Deputatın dediklərində haqlılıq varmı? Azərbaycanda QHT-lərə normal mühit yaradılırmı? pizza mizza

Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verduizadə "Şərq" qəzetinə açıqlamasında təəssüf qeyd edib ki, Azərbaycanda QHT deyəndə insanların ağlına pul gəlir: "Çox adam elə bilir ki, QHT-nin işi aldığı pulu həzmi-rabedən keçirməkdən ibarətdir. Ola bilsin ki, ötən əsrin 90-cı illərində, həmçinin 2000-ci ilin əvvəllərində belə tendensiyalar olub. Həqiqətən, o dövrdə QHT-lərin büdcəsi böyük idi, onlar bəzən xarici donorlardan 300-500 min avro qrant alırdılar. Etiraf edim ki, bəzən bu məbləğ təyinatı üzrə xərclənmirdi. Amma indi həmin illər tarixə çevrilib, QHT-lər qəpik-quruşa möhtac qalıblar".

Seymur Verdizadə deyib ki, rəhbərlik etdiyi Jurnalist Araşdırmaları Mərkəzinin büdcəsinə 2020-ci ildə bir qəpik də daxil olmayıb. 2019-cu ildə isə büdcəmiz cəmi 6 min amanat olub:

"Bu məbləğin isə təxminən 700 manatı vergi və digər ödənişlər üçün dövlət büdcəsinə qaytarılıb. Bizim 1 illik büdcəmiz Səməd Seyidovun 1 aylıq maaşından azdır. Hesab edirəm ki, QHT-lərin cəmiyyətin həyatındakı rolu artırırlmalıdır. Və ən əsası cəmiyyətin QHT-lərə münasibəti dəyişməlidir. Məsuliyyət hissinə gəlincə, bu, çox vacibdir. Hər bir peşə sahibi öz işində məsuliyyətli olmalıdır. Bu, təkcə, QHT-lərə deyil, həm də deputatlara aiddir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!