“Canıyev cinayət dəstəsi”nin rəhbəri İstanbulda həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Canıyev cinayət dəstəsi”nin rəhbəri İstanbulda həbs olundu

Kriminal

17 İyul 2023 19:20 2001


İnterpolun axtarışda olan "Kölgə" ləqəbli Quram Çixladze İstanbulun Küçükçekmece rayonunda saxlanılıb.

Yenisabah.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzeti məlumat yayıb. 

Q. Çixladzenin Beşiktaşda silahlı basqın nəticəsində öldürülən azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərlik etdiyi "Canıyev cinayət dəstəsi" kimi tanınan qruplaşmanın rəhbərlərindən biri olduğu müəyyən edilib. pizza hut

Gürcüstan əsilli "qanuni oğru"nun Rusiyada bir çox qətl cinayətlərinin icraçısı olduğu üçün İnterpol vasitəsilə Rusiya səlahiyyətliləri tərəfindən həbs qərarı çıxarıldığı öyrənilib.

Quram Çixladze polis bölməsindəki prosedurlardan sonra təhvil verildiyi məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!